İraqın cənub-şərqindəki Kut şəhərində helikopter qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Məlumata görə, təlim uçuşu zamanı Bell JetRanger helikopteri texniki nasazlıq səbəbindən qəzaya uğrayıb, nəticədə pilot yüngül xəsarət alıb.
Texniki komissiya artıq hadisənin baş vermə şəraiti ilə bağlı araşdırmalara başlayıb.