Aqarunovun Şuşada vurduğu tank Bakıda - FOTO

14:29 - 23 Sentyabr 2023 - Xəbər

Xankəndi-Şuşa yolunda ermənilərin Birinci Qarabağ müharibəsində “qələbəsinin” “simvolu” olan tank Bakıya gətirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Tank Bakıda yerləşən Hərbi Qənimətlər Parkına yerləşdirlib.

Xatırladaq ki, sözügedən tank Şuşaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi.

Birinci Qarabağ müharibəsindən sonra isə Avşaryanın yanmış T-72 tankı bərpa edilərək Şuşaya tuşlanmış vəziyyətdə “abidə” kimi quraşdırılmışdı.


Xəbər xətti