Netanyahu Şolz ilə təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib

21:53 - 19 Sentyabr 2023 - DÜNYA

İsrailin baş naziri Benyamin Netanyahu və Almaniya kansleri Olaf Şolz Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində görüşüblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, söhbətin əsas mövzuları təhlükəsizlik və İrana qarşı mübarizə sahəsində ikitərəfli əməkdaşlıq olub.

“Biz ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığın davam etdirilməsini, ilk növbədə Almaniya ilə İsrailin Hetz-3 hava hücumundan müdafiə sisteminin tədarükü ilə bağlı bu yaxınlarda bağlanmış sazişi müzakirə etdik”, - yəhudi dövlətinin hökumət başçısı əlavə edib.

Xəbər xətti