Bakının bir rayonunda su olmayacaq

18:52 - 19 Sentyabr 2023 - Cəmiyyət

Bu gün ərzində Bakı şəhəri Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Ucnoqta.az-a Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məhdudiyyətlərə səbəb su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

Xəbər xətti