Ermənistan hakimiyyəti heç bir hesablanmamış, kəskin və avantürist addımlar atmamalıdır.
Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan feysbuk səhifəsində canlı yayım zamanı deyib.
“Hazırda Ermənistanın sərhədlərində sakitlikdir, Ermənistan münaqişədə iştirak etmir. Qeyd etmək istəyirəm ki, Ermənistan Qarabağdakı hərbi münaqişəyə cəlb olunmur. Bizi hərbi münaqişəyə sürükləmək cəhdləri qəbuledilməzdir”.