Rusiya sülhməramlıları Dağlıq Qarabağda öz tapşırıqlarını yerinə yetirməkdə davam edirlər.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. Zaxarova qeyd edib ki, vəziyyətin gərginləşməsinə baxmayaraq, Moskva onların təhlükəsizliyinin bütün tərəflər tərəfindən təmin olunacağından irəli gəlir.
"Mövcud vəziyyətdə Rusiya sülhməramlı kontingenti üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edir. Biz ondan çıxış edirik ki, sülhməramlılarımızın təhlükəsizliyi bütün tərəflər tərəfindən qeyd-şərtsiz təmin olunacaq. Rusiya sülhməramlı kontingentinin komandanlığı daimi olaraq hərbi kontingentin nümayəndələri ilə təmasdadır”, - diplomat qeyd edib.