Danimarka Ukraynaya 30 Leopard 1 tankı və 15 T-72 tankı təhvil verəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ritzau agentliyinə müdafiə naziri Troels Lund Poulsen bildirib.
Bundan əvvəl krallıq Almaniya və Niderland ilə əməkdaşlıq edərək 100 ədəd Leopard 1 alıb. İlk 10 maşın bir neçə ay gecikmə ilə sentyabrın əvvəlində Ukraynaya gəlib.