Surət Hüseynovun qəbrinin üstünə Milli Qəhrəman olduğu yazılıb - FOTO

11:26 - 19 Sentyabr 2023 - Xəbər

“”Azərbaycanın Milli Qəhrəmanı” adına xələl gətirən hərəkətlərə yol verdiyinə görə Surət Davud oğlu Hüseynov “Azərbaycanın Milli Qəhrəmanı” adından məhrum edilsin.”

Ucnoqta.az xəbər verir ki, bunu jurnalsit Azər Həsrət feysbuk hesabında yazıb. Azər Həsrət qeyd edib ki, bu cümlə Prezident Heydər Əliyevin 30 oktyabr 1994-cü il tarixli Fərmanındandır (No: 236). Yəni göründüyü kimi, 4 iyun 1993-cü il qiyamını təşkil edərək Azərbaycan dövlətinə arxadan zərbə vurmuş Surət Hüseynov (döyüşən ordunu Qarabağdan çəkib Bakının üzərinə yürütmüşdü) o tarixdən etibarən Azərbaycanın Milli Qəhrəmanı deyil! Amma adamın qəbrinin üstünə Milli Qəhrəman olduğu yazılıb!

"Buna dözmək olmaz və dövlət baba bir zəhmət çəksin, o qəbir daşının üzərindəki gərəksiz ifadələrin yığışdırılmasına göstəriş versin" - jurnalist əlavə edib 

Xəbər xətti