Yaponiya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

11:16 - 19 Sentyabr 2023 - DÜNYA

Yaponiya sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri Tateyama şəhərindən 486,7 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə məlumat verilməyib.

Xəbər xətti