Ucnoqta.az
www.ucnoqta.az

Yaponiya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

11:16 - 19 Sentyabr 2023 tarixində dərc olunub.

Yaponiya sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri Tateyama şəhərindən 486,7 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə məlumat verilməyib.

Müəllif: Ucnoqta.az redaksiyası