Avropa Şurasının prezidenti Qarabağ ermənilərinə yardımın keçməsini alqışlayıb

16:14 - 18 Sentyabr 2023 - Xəbər

Avropa Şurasının prezidenti Şarl Mişel Qarabağda yaşayan erməniəsilli sakinlərə humanitar yardımın keçməsini alqışlayıb

Ucnoqta.az xəbər verir ki, bu barədə AŞ prezidenti X-də yazıb:

“Nəhayət, Qarabağ ermənilərinə humanitar yardımların çatdırılmasına başlanılıb. Biz humanitar yüklərin Laçın və Ağdamdan eyni vaxtda keçməsini alqışlayırıq. İndi hər şey qaydasına düşməlidir.

Bakı və Qarabağ arasında onların hüquqları və təhlükəsizliyi ilə bağlı danışıqlara başlamaq da vacibdir, Aİ bunu dəstəkləməyə hazırdır”:

Xəbər xətti