Sabunçuda beton kəsən aparatın mühərriki oğurlanıb

11:54 - 18 Sentyabr 2023 - HADİSƏ

Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 16-na keçən gecə Bakı şəhər sakini S.Şabanova məxsus beton kəsən aparatın 12000 manat dəyərində mühərrikini oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini Sərxan Müslümov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Xəbər xətti