İranın şimalında pilotsuz təyyarə qəzaya uğrayıb

11:37 - 18 Sentyabr 2023 - SİYASƏT

İranın şimalında pilotsuz təyyarə qəzaya uğrayıb

Ucnoqta.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb. Məlumata görə, pilotsuz uçuş aparatı ölkənin şimalındakı Gülistan əyalətinin inzibati mərkəzi olan Qorqan şəhərində qəzaya uğrayıb.

Bildirilir ki, şəhər sakinləri güclü partlayış səslərini eşidiblər.

Partlayış dalğası qəza yerinin yaxınlığında yerləşən yaşayış binasının və mağazanın şüşəsini sındırıb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Xəbər xətti