"Kasıb varlı kimi istirahət edəcəksə, ..."

23:17 - 9 İyun 2023 - Cəmiyyət

"Aylıq 300-400 manat əmək haqqı alan kasıb adam niyə istirahət mərkəzinə gedib istirahət etməlidir ki? Ümumiyyətlə, 300-400 manat alan adamlarına yadına belə yerlərdə istirahət etmək düşür? Onlar ancaq axşam evə gedəndə nə yeyə biləcəyi haqqında düşünür”.

Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli istirahət mərkəzlərinin qiymətindən danışarkən deyib. Ekspertin fikirincə, kasıb işləməli, gəlirlərini artırmalıdır: "Kasıb varlı kimi istirahət edəcəksə, varlı ilə kasıbın nə fərq olacaq ki? Sahibkarlar istirahət mərkəzlərinə istədiyi qiyməti təyin edə bilər, heç kim qiymətin enməsi ilə bağlı sahibkara tapşırıq verə bilməz. Hamının dincəlməsi üçün yeganə ümid hökumətin minumum əmək haqqını artırmasından keçir”.

Xalid Kərimli istirahət mərkəzlərinin əksəriyyətinin özəl, şəxsi kapitalla qurulan biznes olduğunu vurğulayıb:

"İstirahət mərkəzlərinin tikilməsi üçün sahibkarlar bəlkə də milyonlarla pul xərcləyirlər. Bundan əlavə orada mərkəzin əməkdaşları işləyir, onların əmək haqqı, kommunal, vergi və s. xərcləri də var. İstirahət mərkəzləri sosial, xeyriyyə obyektləri deyil, sahibkarlar oradan pul qazanmalıdır. Bu gün Azərbaycanda orta aylıq əmək haqqı 900 manatdır. Hərə öz büdcəsinə görə ayağını uzatmalıdır. Elə istirahət mərkəzləri var ki, günü 250 manat təşkil edir”.

Xəbər xətti