Rusiya və Çin birgə hərbi təlimlər keçirəcək

14:46 - 9 İyun 2023 - DÜNYA

Rusiya ordusu Çin tərəfindən təşkil edilmiş "Qarşılıqlı əlaqələr-2023” təlimində iştirak etməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının üzvü, Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının Birləşmiş Qərargah rəisi, general-polkovnik Liu Zhengli ilə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Valeri Gerasimov arasında telefon danışığı olub.

Tərəflər iki dövlət başçılarının əldə etdiyi konsensusun həyata keçirilməsi və iki ölkənin hərbçiləri arasında əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Xəbər xətti