110 mindən çox uşaq I sinfə yerləşdirilib

14:28 - 9 İyun 2023 - ÖLKƏ İÇİ

Bu günədək 2023-2024-cü tədris ili üzrə 110 mindən çox uşaq onlayn sistem üzərindən heç bir müsabiqə olmadan I siniflərə yerləşdirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən (ETN) məlumat verilib.

Bildirilib ki, onların 90 mindən çoxu məktəbəhazırlıqdan birbaşa I sinfə qəbul olunanlardır.

Qeyd edək ki, növbəti tədris ilində 130 mindən çox uşağın I sinfə qəbulu proqnozlaşdırılır.

Xəbər xətti