Dünya III Dünya Müharibəsinə yaxındır - Macarıstan XİN

14:40 - 8 İyun 2023 - DÜNYA

Qlobal təhlükəsizliyə təhdid son 70 ildə heç vaxt olmadığı qədər yüksəkdir

Ucnoqta.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Səudiyyə Ərəbistanında İslam Dövləti terror təşkilatına qarşı mübarizə üzrə beynəlxalq koalisiyanın iclası zamanı deyib. Peter Siyarto hesab edir ki, İkinci Dünya Müharibəsindən (1939-1945) sonra qlobal təhlükəsizlik heç vaxt indiki kimi ciddi təhlükə altında olmayıb.

“Əvvəllər heç vaxt üçüncü dünya müharibəsinin başlanması təhlükəsi olmayıb, heç vaxt nüvə potensialı bu qədər açıq şəkildə qeyd olunmayıb və indiki kimi terror təhlükəsi olmayıb”, - deyə Szijarto bildirib. 

Xəbər xətti