Abşeronda əri vəfat edən qadın intihar etdi

09:21 - 8 İyun 2023 - HADİSƏ

Abşeronda qadın intihar edib.

APA xəbər verir ki, Abşeron rayonu, Fatmayı kəndində yaşayan, 1969-cu il təvəllüdlü İlhamə Əliyeva evin tualetindən özünü asaraq intihar edib.

Bildirilib ki, mərhunun əri bir il bundan əvvəl vəfat edib. Ondan sonra İlhamə Əliyeva psixoloji sarsıntılar keçirib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti