Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyunun 7-9-da İtaliyada rəsmi səfərdə olacaq
Ucnoqta.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, səfər çərçivəsində o, həmçinin ölkənin aparıcı şirkətlərinin rəhbərləri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru ilə görüşlər keçirəcək.
Qeyd edilir ki, Mirziyoyev Milanda İtaliyanın aparıcı şirkət və təşkilatlarının rəhbərləri ilə dəyirmi masa keçirəcək.