Bakıda 32 yaşlı qadın bıçaqlanıb

07:09 - 2 İyun 2023 - HADİSƏ

Bakının Nizami rayonunda bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Neftçilər metro stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Qarayeva Nigar Nüsrət qızı hələlik şəxsiyyəti məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Xəbər xətti