Faktiki hava açıqlandı

17:25 - 1 İyun 2023 - Cəmiyyət

Milli Hidrometeorologiya Xidmətinin iyunun 1-i saat 16:00-a olan məlumatına əsasən Naxçıvan, Ordubad, Daşkəsən, Neftçala, Göygöl, Gədəbəy, Lerik, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən Ucnoqta.az-a verilən xəbərə görə, Gədəbəy rayonu ərazisinə saat 15:12 radələrində qısamüddətli, diametri 6 mm olan dolu düşüb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-29 dərəcə isti, Naxçıvanda 23-27 dərəcə isti, Aran rayonlarında 28-31 dərəcə isti, dağlıq rayonlarda 23 dərəcə, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək isti olub.

Xəbər xətti