Suya düşən telefonunu çıxarmaq üçün bəndi qurudan məmur CƏRİMƏLƏNDİ

14:24 - 1 İyun 2023 - MARAQLI

Hindistanda suya düşən telefonunu çıxarmaq üçün bəndi qurudan məmur cərimələnib

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Hindistanda selfi çəkdirərkən suya düşən telefonunu çıxarmaq üçün bütün bəndi qurudan dövlət məmuru 640 dollar cərimələnib.

Dövlət Su İşləri İdarəsindən verilən açıqlamada qeyd olunub ki, əyalətin Kanker rayonunda qida müfəttişi olan Rajesh Vişvas, telefonunu almaq üçün bənddən suyu boşaltmaq üçün səlahiyyətlilərdən icazə almadığı üçün 640 dollar cərimə olunub.

Açıqlamada Vişin telefonunu almaq üçün təxminən 4,1 milyon litr su çəkdiyi bildirilir.

Hadisə ilə bağlı məmur işdən çıxarılıb, istintaq davam etdirilir.

Bənd içinə düşən 1200 dollarlıq telefonunu tapmaq üçün ilk olaraq bölgədəki dalğıclara müraciət edən Vişvas, səylərdən sonra pulunu ödədiyi dizel yanacaqlı su nasosunu işə salaraq bütün bəndi qurutdurdu. 

 Vişvas telefonunda dövlətin gizli sənədlərinin olduğunu iddia edib və suyun boşaldılması üçün bənd rəsmisindən "şifahi icazə" aldığını söyləyib. O, iddia edib ki, məmur vurulan suyun yaxınlıqdakı suvarma kanalına yönəldiləcəyini və fermerlərin istifadəsinə veriləcəyini bildirib.

Xəbər xətti