Türkiyə YSK prezident seçkilərinin yekun nəticələrinə yekun vurub
Ucnoqta.az “Anadolu”ya istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səs toplayıb.
Türkiyə Ali Seçki Şurasının sədri Əhməd Yener bildirib ki, prezident seçkilərində ikinci tur səsvermənin yekun nəticələrinə görə, Rəcəb Tayyib Ərdoğan səslərin 52,18 faizini (27 milyon 834 min 589 bülleten), Kamal Kılıçdaroğlu isə - 47,82% (25 milyon 504 min 704 bülleten).