Uşaqlar üçün yeni ödəniş tətbiq etmək təklif olunur - Rusiyada

11:44 - 1 İyun 2023 - Xəbər

Rusiya Dövlət Duması Uşaqlar Günündə ailələrə illik ödəniş tətbiq etməyi təklif edib

Ucnoqta.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb. Məlumata görə, 16 yaşınadək uşaqları olan ailələrə yeni ödəniş təşəbbüsü LDPR fraksiyasından olan Dövlət Dumasının deputatları tərəfindən irəli sürülüb, ödənişin məbləği müəyyən edilmiş yaşayış minimumunun 20%-i ola bilər.

Sənədə əsasən, Rusiya vətəndaşlığı olan 16 yaşınadək uşaqları olan ailələr illik ödəniş ala biləcəklər.

“Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı qanun layihəsində nəzərdə tutulan kiçik ödəniş böyüklərə uşaqlara sevinc və təbəssüm üçün daha bir səbəb verməyə imkan verəcək, eyni zamanda uşaqların hüquq və qanuni mənafelərinə hörmətlə yanaşmağın zəruriliyini daha bir xatırladacaq”, - deyə layihə müəllifləri bildiriblər.

Xəbər xətti