Ələtdə evdən 5500 manatlıq qızıl oğurlanıb

10:59 - 1 İyun 2023 - HADİSƏ

Qaradağda evdən oğurluq edilib.

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ələt qəsəbəsindəki evlərin birindən 5500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Camal Nurəliyev və Taleh Zairov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Xəbər xətti