Ərdoğan Orbanı andiçmə mərasiminə dəvət edib

23:28 - 31 May 2023 - DÜNYA

 Macarıstanın baş naziri Viktor Orban telefon danışığında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı növbəti 5 il müddətinə prezident seçilməsi münasibətilə təbrik edib və ondan andiçmə mərasiminə dəvət alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə günü Macarıstanın baş nazirinin mətbuat katibi Bertalan Havaşi məlumat verib.

Mətbuat katibinin sözlərinə görə, Ərdoğan təbrikə görə həmsöhbətinə təşəkkür edib, Macarıstan-Türkiyə münasibətlərinin daha da inkişafına hazır olduğunu bildirib və Orbanı yubileyi münasibətilə təbrik edib.

Çərşənbə günü onun 60 yaşı tamam oldu. Bundan əlavə, Ərdoğan Orbana Türkiyədə keçiriləcək andiçmə mərasiminə dəvəti çatdırıb və Macarıstanın baş naziri bunu minnətdarlıqla qəbul edib, - deyə Havaşi bildirib.

Xəbər xətti