Daha bir qazi sağalaraq Vətənə geri döndü - FOTO

18:28 - 31 May 2023 - Cəmiyyət

Ağır yaralanan və "YAŞAT" Fondu tərəfindən Türkiyəyə müalicə üçün göndərilən qazi Həşimov Qismət Razim oğlu sağalaraq Vətənə qayıdıb.

Bu barədə Ucnoqta.az-a "YAŞAT" Fondundan xəbər verilib.

Qazinin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin ediləcək

Bu günə qədər 178 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 176-nın müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.


Xəbər xətti