Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri gələn həftə Moskvada görüşəcək

16:22 - 31 May 2023 - Xəbər

Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin görüşü gələn həftə Moskvada baş tutacaq

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Overçukun sözlərinə görə, baş nazirin müavinlərinin görüşü zamanı xüsusilə Azərbaycan və Ermənistan arasında sərhədlərin keçmə qaydası müzakirə olunacaq. O qeyd edib ki, hər iki ölkə "blokun açılmasının necə getməsi ilə bağlı eyni anlayışa malikdir".

"İndi biz texniki detallardan danışırıq. Bunlar çox vacib detallardır, çünki söhbət Azərbaycan və Ermənistan arasında sərhədi keçmə prosedurundan, sərhəd, gömrük və digər nəzarət növlərinin necə həyata keçiriləcəyindən gedir. Bu, çox vacibdir. ", - Overçuk dedi.

“Konkret olaraq, biz sadəcə keçid qaydasının necə olacağı və hansı prosedurların olacağı barədə danışacağıq”, - o əlavə edib.

Xəbər xətti