Sudan ordusu xüsusi təyinatlılarla danışıqları dayandırıb

12:49 - 31 May 2023 - DÜNYA

Sudan ordusu Səudiyyənin Ciddə şəhərində xüsusi təyinatlılarla danışıqları dayandırıb

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Sudan ordusu Səudiyyənin Ciddə şəhərində xüsusi təyinatlılarla danışıqlarda iştirakını dayandırıb.

Məlumata görə, silahlı qüvvələr ABŞ vasitəçilərinin və Səudiyyə Ərəbistanını öz qərarları barədə məlumatlandırıb və humanitar atəşkəsin şərtlərinə əməl etmək üçün xüsusi təyinatlılara təzyiq göstərməyə çağırıb.

Bundan əvvəl Sudanda silahlı münaqişə tərəfləri 7 gün müddətinə humanitar atəşkəsə razılaşmışdılar.

Xəbər xətti