Dəhşətli qəzada ölənlərin kimliyi bilindi

10:13 - 31 May 2023 - Cəmiyyət

Xəbər verdiyimiz kimi, Tərtərdə ağır yol qəzası qeydə alınıb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Tərtər-Goranboy yolunun Təzəkənd kəndindən keçən hissəsində baş verib.

Qəzada ölənlərin kimliyi məlum olub. Belə ki, 1999-cu il təvəllüdlü Qoşqar Quluzadənin idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə sürücü xəsarət alıb, sərnişinləri - 1999-cu il təvəllüdlü Röyal Quluzadə və 2004-cü il təvəllüdlü Emilla Ziyadova hadisə yerində ölüb.

Maşın idarəetmədən çıxandan sonra ağaca çırpılıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər xətti