Bakıda üzərinə manqal aşan 4 yaşlı uşaq öldü

10:13 - 26 May 2023 - HADİSƏ

Bakıda üzərinə manqal aşan 4 yaşlı uşaq ölüb.

"Report"un məlumatına görə, 2019-cu il təvəllüdlü Səfərov Rəhim Əlirza oğlu mayın 25-də ailə üzvlərinin yanında yaşadığı evin həyətində olan manqalın üstünə çıxıb tut dərmək istəyərkən manqalın onun üstünə aşması nəticəsində xəsarət alıb.

R.Səfərov Klinik Tibbi Mərkəzə aparılsa da, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti