ABŞ və Yaponiyanın müdafiə nazirləri iyunun 1-də Tokioda görüşəcək

07:50 - 26 May 2023 - DÜNYA

Yaponiyanın müdafiə naziri Yasukazu Hamada cümə günü amerikalı həmkarı Lloyd Austin ilə iyunun 1-də Tokioda danışıqlar aparacağını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, o, Yaponiya paytaxtında mətbuat konfransında bildirib.

Danışıqlar, yanvarda iki ölkənin hərbi və xarici işlər idarələri rəhbərlərinin “iki üstəgəl iki” düsturuna əsasən keçirilən görüşündə qəbul edilmiş qərarları inkişaf etdirəcək.

Bunun ardınca ABŞ, Cənubi Koreya və Yaponiyanın müdafiə nazirləri Sinqapurda üçtərəfli görüş keçirməyi planlaşdırır. O, iyunun 2-4-də orada keçiriləcək Şanqri-La Dialoq beynəlxalq təhlükəsizlik forumu çərçivəsində baş tutacaq.

Xəbər xətti