Lisey və gimnaziyalarda boş şagird yerlərinin sayı açıqlandı

16:22 - 25 May 2023 - Cəmiyyət

"Bu il mərkəzləşmiş qaydada qəbul aparılacaq 32 lisey və gimnaziyada 3990 vakant şagird yeri var".

Ucnoqta.az APA-ya istinadla xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəetmə sektorunun müdiri Fuad Qarayev "Təhsil masası"nda deyib.

O bildirib ki, bu vaxta qədər təxminən 18 min şagird qeydiyyatdan keçib:

"İyunun 6-na qədər qeydiyyatdan keçənlərin sayının 25 mindən çox olma ehtimalı daha böyükdür".

Xəbər xətti