Prokuror sayt rəhbərinin bəraət alması qərarından protest verib

13:04 - 25 May 2023 - Xəbər

Prokuror Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri​ Zaur Mirzəzadə barəsindəki qərardan narazıdır.

APA-xəbər verir ki, bununla bağlı kassasiya protesti verilib. Protestdə Zaur Mirzəzadə barəsindəki Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsi istənilib. İş Ali Məhkəmənin icraatına daxil olub.

Xatırladaq ki, Zaur Mirzəzadə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Qərara əsasən, Zaur Mirzəzadə 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib.

Daha sonra Ali Məhkəmədə Zaur Mirzəzadə barəsindəki qərar ləğv edilib, iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Bakı Apellyasiya Məhkəməsi bu dəfə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Zaur Mirzəzadə məhkəmə zalından azadlığa buraxılıb.

Zaur Mirzəzadə həm də "bakutime.az", "xalq.az" saytının rəhbəri olub.

Xəbər xətti