Məktəbdə kütləvi zəhərlənmənin səbəbi AÇIQLANDI

15:06 - 23 May 2023 - ÖLKƏ İÇİ

Şəki rayon Qudula kənd orta məktəbində zəhərlənmə halları qeydə alınıb.

Bu barədə Ucnoqta.az-a Şəki-Zaqatala regional təhsil idarəsindən verilən məlumatda bildirilir. Məlumata görə, hadisədə zərər çəkmiş bütün şagirdlər və işçi heyət təcili olaraq Şəki şəhər mərkəzi xəstəxanasına çatdırılıb:

 "Bununla bağlı olaraq Şəki-Zaqatala regional təhsil idarəsinin məsul əməkdaşları xəstəxanada uşaqlara baş çəkmiş və prosesi davamlı olaraq müşahidədə saxlamaqdadırlar.

Narahatçılıq keçirmiş şəxslərin sağlamlıq vəziyyətinin artıq normal olduğu, onların tezliklə evə buraxılacaqları bildirilir.

İlkin araşdırmalara görə zəhərlənməyə məktəbdə 19 may 2023-cü il tarixində aparılmış dezinfeksiya işi səbəb olub. Belə ki, 23 may tarixində hava temperaturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənməni yaratdığı ehtimal edilir.

Hadisə haqqında əlavə məlumat veriləcək".

Xəbər xətti