NATO işçilərinə "TikTok"u qadağan etdi

23:07 - 31 Mart 2023 - DÜNYA

NATO təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək işçilərinə "TikTok" tətbiqini NATO tərəfindən verilmiş cihazlara yükləməyi rəsmən qadağan edib.

Bu barədə Publika.az CNN-ə istinadla xəbər verir.

NATO rəsmilərinin sözlərinə görə, bu gün alyansın əməkdaşlarına qadağanı bildirən mesaj göndərilib. Elan qadağanı rəsmiləşdirib.

"Kibertəhlükəsizlik NATO üçün əsas prioritetdir. NATO-nun rəsmi istifadə üçün tətbiqləri müəyyən etmək üçün ciddi tələbləri var. "TikTok" NATO cihazlarında mövcud deyil", - NATO rəsmisi deyib.

Xatırladaq ki, daha əvvəl bildirilmişdi ki, amerikalı qanunvericilər ABŞ prezidenti Co Baydenə "TikTok"u ABŞ-da qadağan etmək səlahiyyəti vermək üçün imza toplayırlar .

Bundan əlavə, Fransa hökuməti dövlət qulluqçularına "TikTok" və "Netflix"dən istifadə etməyi qadağan edib.

İsveç Müdafiə Qüvvələrinin əməkdaşlarına da iş telefonlarında "TikTok" sosial şəbəkə proqramından istifadə qadağan edilib.

Xəbər xətti