Azərbaycanda iti avtomobilin arxasına bağlayaraq sürüyən şəxslə bağlı araşdırma başladıldı - VİDEO

15:00 - 22 Mart 2023 - Cəmiyyət

“Hazırda həmin avtomobilin sürücüsünün müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir”.

Bu sözləri DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-ın Gəncə-Şəmkir yolunda qeydə alınmış insanlığa sığmayan görüntülər barədə sorğusuna cavab olaraq bildirib.

“Görüntülərlə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

12:49

Bu gün insanlığa sığmayan görüntülər Baku.ws-in qaynar xəttinə göndərilib.

Baku.ws xəbər verir ki, göndərilən video Gəncə-Şəmkir yolunda çəkilib.

Videodan da göründüyü kimi iti avtomobilin arxasına bağlayıblar və sürüyürlər.

Həmin görüntüləri təqdim edirik:

 

Xəbər xətti