Yevlaxda itkin düşən yeniyetmələr görün harada tapılıb ...

11:33 - 21 Mart 2023 - ÖLKƏ İÇİ

Dünən itkin düşdüyü ehtimal edilən yeniyetmələr tapılıb.

Qlobal.net xəbər verir ki, martın 19-da Yevlax rayonunda itkin düşdüyü bildirilən 4 yeniyetmə tapılıb.

Onların dostlarından birinin əmisi evində bayram yığıncağına gedib və orada gecələdikləri məlum olub.

Xatırladaq ki, mart ayının 19-da Yevlax rayonunun Ərəş kəndində yaşayan 4 yeniyetmə – 2008-ci il təvəllüdlü Quliyeva Sona Səyyaf qızı, 2008-ci il təvəllüdlü Musayeva Aysu Nəsimi qızı, 2005-ci il təvəllüdlü İsmayılov Nəbi Seyran oğlu və 2005-ci il təvəllüdlü Soltanov Ələmdar Elgün oğlu yaşadıqları evlərdən çıxaraq bir daha geri qayıtmayıblar.

Xəbər xətti