Mbappe Fransa millisinin yeni kapitanı təyin edilib

09:13 - 21 Mart 2023 - İDMAN

Fransa millisinin baş məşqçisi Didye Deşam hücumçu Kilian Mbappeni Fransa millisinin yeni kapitanı təyin edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Yanvarın 9-da milli komandadan ayrılan “Tottenhem”in qapıçısı Uqo Lloris Fransanın sabiq kapitanı olub. "Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann milli komandanın vitse-kapitanı təyin edilib.

Fransa millisinin heyətində 66 matçda iştirak edən 24 yaşlı Mbappe 36 qol vurub, 23 məhsuldar ötürmə edib.

Xəbər xətti