Sosial Demokrat Partiyasından (PSD) altı nazir və Baş nazirin müavini Marian Neacsu Rumıniya hökumətindən istefa verib.
Ucnoqta.az bildirir ki, PSD mətbuat xidməti bu barədə məlumat verib.
İstefalar kənd təsərrüfatı, energetika, əmək, ədliyyə, səhiyyə və nəqliyyat nazirləri ilə yanaşı, baş nazirin müavini və kabinetin baş katibinə də aiddir.