Si Cinpinin təyyarəsi Moskvaya enib

13:38 - 20 Mart 2023 - SİYASƏT

Çin prezidenti Si Cinpinin Rusiyaya gəldiyi təyyarə Moskvada eniş edib.

Ucnoqta.az xəbər verir ki, paytaxtın “Vnukovo-2” hava limanının yaxınlığında 50-dən çox avtomobil və mikroavtobus Çin sədri Si Cinpinin və onun nümayəndə heyətinin gəlişini gözləyir. 

Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Si Cinpinin Rusiyaya dövlət səfəri martın 20-dən 22-dək davam edəcək. Bu, Çin liderinin martın 10-da Ümumçin Xalq Nümayəndələri Konqresində üçüncü müddətə yenidən seçildikdən sonra səfər edəcəyi ilk ölkə olacaq.

Xəbər xətti