Bakı-Quba yolunda iki yük maşını toqquşub (YENİLƏNİB)

21:24 - 17 Mart 2023 - HADİSƏ

Şabranda 2 yük maşını toqquşub, ölənlər var.

"Report"un xəbərinə görə, hadisə rayonun Ağalıq kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

İlkin məlumata görə, hadisəyə səbəb "KaMAZ" markalı yük avtomobilinin təkərinin partlaması nəticəsində qarşıdan gələn TIR avtomobilinə çırpılmasıdır.

Faktla bağlı araşdırma aparılır.



19:44

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


"Report" xəbər verir ki, iki yük avtomobili toqquşub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisə nəticəsində yolda tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti