Ötən il MİDA tərəfindən 1239 mənzil təqdim edilib

11:24 - 17 Mart 2023 - Xəbər

2022-ci ildə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən ümumilikdə 1239 mənzil vətəndaşlara təqdim edilib.

“APA-Economics” Nazirlər Kabinetinin 2022-ci il üzrə fəaliyyəti haqqında hesabatına əsasən xəbər verir ki, ötən il “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin ümumi sayı 7.1 min nəfər təşkil edib.

Beləliklə, 2022-ci il 31 dekabr tarixinə “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin ümumi sayı 28.8 min nəfər olub.

Xəbər xətti