Berdiməhəmmədov Ərdoğanın Nobel mükafatına namizədliyini irəli sürməyi təklif edib

10:04 - 17 Mart 2023 - DÜNYA

Türkmənistan Xalq Şurasının sədri, eks-prezident Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürməyi təklif edib.

Ucnoqta.az xəbər verir ki, Berdiməhəmmədov qeyd edib ki, o, 22 ildir ki, “görkəmli şəxsiyyət və dünya səviyyəli siyasi xadim olan” Ərdoğanla yaxından tanışdır. Onun sözlərinə görə, Türkiyə lideri “təkcə öz xalqının deyil, bütün müsəlman xalqlarının dinc həyatını təmin etmək üçün çoxlu işlər görür”.

“Bunun əsasında Türkiyə Respublikası Prezidentinin Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi təklif edilir və biz bütün müvafiq təklifləri tam dəstəkləyirik. O, bu beynəlxalq mükafata layiq liderdir”, - deyə Türkmənistanın keçmiş rəhbəri bildirib.

Xəbər xətti