Türkiyəyə göndərilmək üçün könüllü həkimlər siyahıya alınır? - Rəsmi açıqlama

17:53 - 7 Fevral 2023 - Cəmiyyət

Sosial şəbəkələrdə Türkiyədə zəlzələdən ziyan çəkmiş insanlara yardım məqsədilə Azərbaycandan könülü həkim heyətinin siyahıya alması ilə bağlı məlumat yayılıb. 

Ucnoqta.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, artıq bəzi həkimlər bununla bağlı müraciət etdiklərini yazırlar. 

Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən sorğumuza cavab olaraq bildirildi ki, yardım üçün peşəkar heyət formalaşdırılıb: “Türkiyə Respublikasının müxtəlif bölgələrində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində peşəkar həkimlərdən ibarət heyət formalaşdırılıb. Ehtiyac yarandığı təqdirdə heyət zərərçəkmişlərin müalicəsinə cəlb olunacaq”.

Qeyd edək ki, artıq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyəti qardaş ölkəyə çatdıracaq təyyarə hazırda Türkiyədədir.

 

Xəbər xətti