İskəndərun limanında yüzlərlə konteyner yanır

12:29 - 7 Fevral 2023 - DÜNYA

Türkiyənin cənubundakı İskəndərun liman şəhərində konteynerlərdə başlayan yanğın davam edir.

Ucnoqta.az NTV-yə istinadən xəbər verir ki, yanğının ərazisi xeyli artıb.

Belə ki, anbarın mərkəzindən tüstü qalxır, yanğın görünür, vaxtaşırı partlayışlar baş verir. Yanğın sahəsi bir neçə yüz kvadrat metr ola bilər.
Yanğın bazar ertəsi zəlzələlərdən sonra başlayıb. Yeraltı təkanlar nəticəsində bir neçə yarusda yerləşdirilmiş konteynerlərin xarici sıraları içəridə dağılıb. Yanğın hələ də nəzarət altına alınmayıb. Anbarın tamamilə yanması riski var.

Emin

Xəbər xətti