Türkiyədə baş verən zəlzələdən sonra təkanlar bir neçə il davam edə bilər

12:25 - 7 Fevral 2023 - Cəmiyyət

Bazar ertəsi Yaxın Şərqdə baş verən və 3000-dən çox insanın ölümünə səbəb olan güclü zəlzələdən sonra baş verən təkanlar bir neçə il davam edə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Yer qabığı İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Dmitri Qladkoçub bildirib.

"Aftoşoklar bir neçə il davam edə bilər. Bu, uzun prosesdir", - alim deyib .

Rusiyada Sibir və Amur plitələri hərəkət etdiyi və onların arasında sürtünmə zonaları meydana çıxdığı kimi, Türkiyədə də Anadolu və Ərəb plitələri hərəkət edir, sonuncular isə birincinin üzərinə təzyiq edirlər. “Orada çoxlu deformasiyalar yığılıb, indi bu şəkildə boşaldılır”, - deyə alim bildirib.

Qladkoçub onu da bildirib ki, qısa müddətdə güclü zəlzələnin nə vaxt baş verə biləcəyini yüksək dəqiqliklə proqnozlaşdırmaq mümkün deyil, mütəxəssislər maksimum orta müddətli proqnozlar verə bilərlər.

Xəbər xətti