"Avroviziya"da Gürcüstanı erməni təmsil edəcək

20:29 - 4 Fevral 2023 - Xəbər

"Avroviziya-2023"də Gürcüstanı kimin təmsil edəcəyi bəlli olub.

Axşam.az xəbər verir ki, İru Xeçanova adlı müğənni 8 namizəd arasında 21,88% səs toplayaraq birinci olub.

Qeyd edək ki, 22 yaşlı təmsilçi erməni əsillidir. O, 2011-ci ildə "Candy" qrupunun tərkibində "Avroviziya Uşaq" Mahnı Müsabiqəsinin qalibi olub.

Onu da qeyd edək ki, müsabiqədə ötən il Ukrayna qazansa da, ölkədəki müharibə səbəbindən Britaniyada keçirilməsinə qərar verilib. Mayın 9-u və 11-də müsabiqəsinin yarımfinalları keçiriləcək. Mayın 13-də isə final baş tutacaq.

Xəbər xətti