Avropada beş milyona yaxın ukraynalı qaçqın qeydiyyata alınıb

10:46 - 4 Fevral 2023 - DÜNYA

31 yanvar 2023-cü il tarixinə Ukraynadan Avropada müvəqqəti müdafiə üçün qeydiyyata alınan qaçqınların sayı 4 milyon 823,33 min nəfər təşkil edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi məlumat yayıb.

Avropada müvəqqəti qoruma statusuna malik Ukraynadan olan qaçqınların sayı bu il yanvarın sonuna doğru BMT-nin məlumatına görə, 4,95 milyonu keçərək 5 milyona yaxınlaşır.

Müvəqqəti müdafiə statusuna malik qaçqınların əksəriyyəti hələ də Polşadadır. Belə ki, onların sayı iki ayda 55,5 min nəfər artaraq 1 milyon 563,39 min olub.
Almaniyada iki ayda ölkədəki ukraynalıların sayında 140 mindən çox azalma qeydə alınaraq 881,4 min olub.

Çexiyada ukraynalıların qəbuluna görə üçüncü yeri müvəqqəti mühafizə üçün qeydiyyata alınanların sayı noyabrın sonundan etibarən 22,7 min nəfər artaraq 485,1 min nəfərə çatıb .
 

Xəbər xətti