Futbolçuları daşıyan təyyarə 30 topa görə təcili eniş etdi

23:44 - 2 Fevral 2023 - MARAQLI

Danimarkada 30 topun partlaması təhlükəsi səbəbindən futbolçuların olduğu təyyarə təcili eniş edib.

Ucnoqta.az xəbər verir ki, İsveçin “Göteborq” klubunun futbolçularının olduğu təyyarə Kopenhagen hava limanında təcili eniş edib. Buna səbəb təyyarənin baqaj hissəsində 30 futbol topunun mümkün partlayış təhlükəsi olub.

Komanda İspaniyanın Torrevieja şəhərində təlim-məşq toplanışına gedirmiş. 30-40 dəqiqəlik uçuşdan sonra heyət komandiri ona “qəribə elan” gəldiyini bildirdi:
“Biz bildik ki, göyərtəsində 30-a yaxın şişirdilmiş top var. Onların partlama təhlükəsinə görə Kopenhagenə enmək lazımdır".

Ekipajın dediyinə görə, yola düşdükdən sonra Göteborq hava limanının əməkdaşları onlarla əlaqə saxlayıb və bildiriblər ki, topların şişirdildiyini ehtimal edərək, onlar haqqında xəbərdarlıq etməyi unudublar.

Enişdən sonra topların havasının boşaldıldığı məlum olub.

Xəbər xətti